26 Fevral 2026 / 14:14

Polşa XİN AB-nin dağılmasının əsas səbəbini açıqladı

Avropa İttifaqı (AB) daxilində ayrı-ayrı dövlətlərin cilovsuz eqoizmi birliyin dağılmasına səbəb olacaq.

Tezadlar.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski sosial media hesabında icmanın dağılmasının əsas şərtini paylaşıb.

“AB-nin dağılmasına nə səbəb olacaq? Cilovsuz milli eqoizm. Bu, Polşanın təhlükəsizliyi və inkişafı üçün təhlükəlidir!” – deyə diplomat bildirib.

Daha əvvəl “Politico” jurnalı Macarıstanın Baş naziri Viktor Orbanın Brüsselin Ukraynaya milyardlarla dollarlıq kredit vermək planına qarşı çıxmaqla Avropa İttifaqı daxilində ən pis böhranlardan birini başlatdığını bildirmişdi.

20 fevralda Macarıstan AB-nin Ukraynaya 90 milyard avroluq kreditini blokladı. Xarici işlər naziri Peter Siyarto vurğuladı ki, Budapeşt Kiyev Rusiya neftinin “Drujba” boru kəməri ilə nəqlinə icazə verməyə başlayana qədər buna mane olacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!