26 Fevral 2026 / 21:57

Ərdoğandan Azərbaycan xalqına başsağlığı mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Tezadlar.az xəbər verir ki, paylaşımda deyilir:

“Xocalı qətliamının 34-cü ilində öldürülən azərbaycanlı qardaşlarımızı rəhmətlə, kədərlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Həmişə ürəyimizdə hiss edəcəyimiz bu qeyri-insani qırğını heç vaxt unutmayacağıq”, – Türkiyə Prezidenti qeyd edib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!