Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Xarkov şəhərində Azərbaycan fəxri konsulluğu Xocalı faciəsinin ildönümü münasibətilə tədbir keçirib, faciə qurbanları yad edilib. Sonra ermənilərin törətdiyi qırğınları əks etdirən foto və videokadrlar nümayiş etdirilib…
Tezadlar.az xatırladır ki, bu barədə Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu məlumat paylaşıb.
Maraqlı məqam ondan ibarətdir ki, ermənilər 1992- ci ilin fefvalın 25-dən 26- na keçən gecə Xocalıda törədilən qırğında məhz Qarabağda yerləşdirilmiş 366-cı rus hərbi bazasının texnikalarından və canlı qüvvəsindən istifadə etmişdir… Bu gün həmin rus ordusu Ukraynada, o cümlədən Xarkovda qırğınlar törədir…
A.Məmmədli
