27 Fevral 2026 / 17:10

Deputat Fazil Mustafanın “Mürgüləyənlərin günahı”…-ŞƏRH

Deputat Fazil Mustafa “Mürgüləyənlərin günahı” başlıqlı yazı yazıb… “Təzadlar”ın baş redaktoru Asif Mərzili bu barədə şərh yazıb: “…Yazıda elmi iclasda mürgüləyənlər deyil, mürgüləyənlərin fotosunu çəkən media günahlandırılır və sonda yatmağın səbəbini oruc tutma ilə əlaqələndirir. Fazil müəllim tamamilə düz deyir, amma ağdamlıların sözü olmasın, vallah, elə deyil… Cənablar, günah mürgüləyənlərdə yox, mürgülədənlərdədir… Niyə prezident İlham Əliyevin AMEA-dakı çıxışı zamanı bir nəfər də olsun mürgüləmədi??? Cavabınız nədir, deyin…
Beləliklə, medianı günahlandırmaq, hətta jurnalistləri “naqis” və s. kimi ifadələrlə qısnama Az. CM- nin 163-cü maddəsinin sanksiyasını ortaya qoyur(“Jurnalisti peşə fəaliyyətini icra etmədən imtinaya məcbur etmə”). Bu cür kütləvi basqı isə jurnalistlərin peşə və ifadə, Media azadlığını məhdudlaşdırmaya, qorxu və təzyiq altında saxlamağa hesablanıb. Deməli, bundan sonra jurnalistlər dövləti vəzifə tutan, status qazanan, imtiyaza malik olan, amma iş və vəzifə başında yatan məmurları- deputatları, adamları çəkə bilməz! Eləmi?!”
Təqdim etdi: SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!