1 Mart 2026 / 10:05

İranda müvəqqəti hökumət: Tramp şərtini dedi: “Mollalardan uzağıq!”

İran konstitusiyasına görə, ölkədə əsas söz sahibi indiyədək dini liderlər olub… Tezadlar.az xatırladır ki, sonuncu dini lider Xamenei ötən gün İsrailin raket zərbələrində öldürülüb… Hazırda İranda 40 günlük matəm elan edilib və bu gün ölkəni müvəqqəti idarə edəcək və ABŞ- la danışıqlara gedən müvəqqəti hökumət qurulmalıdır. Bəs bu hökumət rəsmisi kim olacaq? Artıq Trampın mövqeyi açıqlanıb. Adını açıqlamayan Tramp administrasiyasının rəsmisi bildirib ki, Tramp heç bir halda dini liderlərdən kiminləsə danışığa getməyəcək: “ABŞ dini liderlərdən kimisə tanımır… İndiyədək edilənlər bəsdir…”. Sitatın sonu.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!