Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xameneinin öldürülməsi İranda yeni siyasi mühit yaradıb. Bu gün İranda Ali Liderin seçilməsi üçün Ekspertlər Şurasının iclası keçiriləcək. Tezadlar.az xəbər verir ki, bu barədə Iran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani məlumat verib. CNN-Türk qeyd edir ki, Əli Xameneinin varisi seçilənədək Ali Liderin səlahiyyətlərini icra edəcək Müvəqqəti Rəhbərlik Şurası da formalaşdırılacaq. Məlumata görə, şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olacaq. Lakin ABŞ rəsmiləri dini liderin ölkəni yenidən idarə etmək niyyətini qətiyyən qəbul etmir. Hansı ki, İranın mövcud Konstitusiyasına görə, dini lider ölkəni idarə edən faktiki rəhbər və söz sahibidir, bütün nazirlər, eləcə də parlament, məhkəmə… ona tabedir! Tramp isə belə idarəçiliyi qəbul etmir!
A.Məmmədli