Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…ABŞ ilə İsrailin hücumları nəticəsində İranda öldürülən yüksəkvəzifəli şəxslərin adları açıqlanıb. Tezadlar.az TRT- Haber- ə istinadla xəbər verir ki, bu barədə “Tasnim” agentliyi də məlumat yayıb. Siyahıda İranın Ali rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, ali dini liderin müşaviri Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadənin adı var. Qeyd olunur ki, həlak olan digər şəxslərin adları sonradan açıqlanacaq. Ayətullah Əli Xameneinin ölümündən sonra İrana rəhbərlik edəcək şəxslərin kimliyi açıqlanıb. İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn, həmçinin Konstitusiyanın Keşikçiləri Şurasının adı açıqlanmayan üzvü keçid dövründə ölkənin idarəçiliyini öz üzərinə götürəcəklər. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın silahlı qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.
Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.