Ötən gün axşam saatlarında İsrail baş nazirinin keçmiş sözçüsü David Keyes özünün “X” hesabındakı paylaşımında maraqlı detallara toxunaraq yazmışdı: “Ali Rəhbər vəzifəsinə başladıqdan cəmi 8 saat sonra dron hücumu nəticəsində öldürülən Ayətullah Ərafi, “Guinness Rekordlar Kitabının” “Ən qısa müddətli hakimiyyət” mükafatını qazandı. Təbriklər! (“Mazal tov!” ivrit mənşəli ifadədir)”.
Lakinmaraqlıdır ki, İran mediası və İranın rəsmi qurumları Ayətullah Ərafinin öldürülməsi ilə bağlı hər hansı açıqlama yaymayıb, yaxud rəsmi təkzib də yoxdur.
Xatırlatma: Ayətullah Ərafi dünən İran İslam Respublikasının müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilmişdi. O, dini liderliyə də əsas namizəd idi…
A.Məmmədli