Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Avropa ölkələrinin ardından Norveç Ukraynaya 1 milyard avro yardım edəcək.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib. Sitat: “Norveçin Ukraynaya 1 milyard avro dəyərində yeni dəstək paketinə görə minnətdarıq. Belə çətin bir zamanda bunu çox yüksək qiymətləndiririk”.
Stere əlavə edib ki, Norveç 2022-ci ilin sonuna qədər və 2023-cü ilə qədər Ukraynaya dəstək üçün 1 milyard avro ayırmağı öhdəsinə götürüb.
Təəssüf ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdikcə, hər iki tərəfin iqtisadi-hərbi itkiləri də artmaqdadır.
A.Məmmədli