Əsas məzmuna keç

Sosial müavinət və güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanılıb – FOTO

Ağsuda dələduzluq edən şəxs saxlanılıb.

xeyale deleduz

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla pul vəsaitlərini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.
 Tezadlar.az  xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, o, özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək sosial müavinət və güzəştli mənzil vədi ilə vətəndaşlardan əvvəlcədən ödəniş tələb edib. Bu üsulla 8 min manatdan artıq pulu ələ keçirməsi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…