Ağsuda dələduzluq edən şəxs saxlanılıb.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla pul vəsaitlərini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, o, özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək sosial müavinət və güzəştli mənzil vədi ilə vətəndaşlardan əvvəlcədən ödəniş tələb edib. Bu üsulla 8 min manatdan artıq pulu ələ keçirməsi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.