Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“El Pais” qəzetinin məlumatına görə, İspaniyanın energetika naziri Sara Aagesen strateji ehtiyatlardan 90 gün ərzində 11,5 milyon barel neftin azad edilməsi qərarını açıqlayıb.
Enerji naziri qeyd edib ki, azad etmə bir neçə mərhələdə baş verəcək və birinci mərhələ 15 gün ərzində gözlənilir.
Qeyd edək ki, ötən həftə ABŞ Energetika Nazirliyinin açıqlamasına görə, Beynəlxalq Enerji Agentliyinin (BEA) 32 üzv ölkəsi “Prezident Trampın müvafiq ehtiyatlarından 400 milyon barel neft və neft məhsullarının əlaqələndirilmiş şəkildə azad edilməsi yolu ilə enerji qiymətlərinin aşağı salınması tələbini yekdilliklə qəbul edib”.
Daha əvvəl Yaponiya hakimiyyəti özəl neft ehtiyatlarını azad etmək qərarına gəlmişdi.
JASMİN