8 İyul 2022 / 09:03

BÖYÜK BRİTANİYANIN RƏSMİSİ KİYEVDƏDİR- FOTO

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Toni Radakin Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

Tezadlar.az xəbər verir ki, o, Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakla görüşüb. Görüşdə gələcək əməkdaşlıq və maddi-texniki yardım məsələləri müzakirə edilib. “Mən savaşda ağır silahların əhəmiyyətini vurğuladım. Bizə daha çox ağır silahlar lazımdır. Və onlar mümkün qədər tez göndərilməlidir”, – A.Yermak tviterdə yazıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!