26 Mart 2026 / 22:21

Zibil maşınından 1,5 milyonluq qızıl tapdı və… – İNANILMAZ

Türkiyənin Esenyurt Bələdiyyəsinin sanitariya işçiləri zibillərin arasından təxminən 1,2 milyon türk lirəsi dəyərində qızıl tapıblar. Onlar tapdıqlarıqızılı sahibinə qaytarıblar. Türkiyə mediası yazır ki, Esenyurtda yaşayan Suriya vətəndaşı Fərəc Mustafa içərisində çoxlu miqdarda qızıl olan bir bağlamanın təsadüfən zibil qutusuna atıldığını anlayıb. Bundan sonra isə vəziyyət barədə dərhal Esenyurt Bələdiyyəsinə bildirib. Məlumata əsasən, bələdiyyə qrupları Silivriyə gedən yük maşınına yüklənmiş tullantıları zibil maşınlarından boşaldıb və diqqətlə axtarışa başlayıblar. Çeşidləmə prosesindən sonra qruplar vətəndaşlarla birlikdə əl ilə axtarış aparıblar. Gərgin səylərdən sonra qızılın büküldüyü parça tapılıb.

Bağlamada təxminən 1.200.000 türk lirəsi dəyərində 26 ədəd tam qızıl sikkə və 2 yarım qızıl sikkə olubEsenyurt Bələdiyyəsinin icra məmurları hadisə ilə bağlı polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşlarının araşdırması və yoxlamasından sonra qızıl sənədləşdirilərək bütövlükdə sahibinə qaytarılıb. Yaşadığı böyük panikdən sonra qızıllarını geri alan Fərəc Mustafa bələdiyyə və polis qruplarına təşəkkür edib.

Hazırladı: Zeynəb Əliqızı

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!