Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Mart 2026 / 09:37

Rusiyadan İrana göndərilən humanitar yük Astaradan qatarla yola salındı

ötən gecə Rusiyadan İrana qatarla göndərilən humanitar yardım Astara Dəmiryolu dövlət sərhəd buraxılış məntəqəsinə çatıb. Tezadlar.az xatırladır ki, müvafiq prosedur qaydalarından sonra humanitar yardım İran İslam Respublikasına təhvil verilib.

***

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan ərazisindən keçməklə Rusiyadan İrana humanitar yardım daşıyan yük qatarı 31 vaqondan ibarət idi. Rusiyadan göndərilən humanitar yardım əsasən dərman vasitələri, tibbi ləvazimat və qida məhsullarından ibarətdir. Humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.

Xatırladaq ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən, çəkisi 13 tondan artıq olan dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardım da Azərbaycan ərazisindən tranzit keçməklə İrana yola salınmışdı.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!