Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Mart 2026 / 11:10

İsrail Livanın cənubundakı Sujid kəndinə hücumla hədələyir

İsrail ordusu təxliyə xəbərdarlığı etdi və Livanın cənubundakı Sujid kəndinə hücumla hədələdi

İsrail ordusunun 2 martda başlayan Livana hücumları davam edir.

Tezadlar.az xəbər verir ki, ordu sözçüsü Aviçay Adraee ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşım edərək cənubi Livandakı Sujid kəndinə hücum ediləcəyini bildirdi.

Adraee sakinləri təxliyə etmələri barədə xəbərdar edib və onlardan Zehrani çayının şimalına doğru hərəkət etmələrini istəyib.

İsrailin Livana hücumları

2 martda İsrail ordusu Livandan raket zərbəsi aşkar edildikdən sonra şimali Livanda sirenlərin işə salındığını açıqladı.

Daha sonra İsrail ordusu paytaxt Beyrutu hədəf alaraq Livan boyunca hava hücumları başlatdığını və havadan və dənizdən intensiv hücumlar həyata keçirərək Livanın quru işğalını genişləndirmək qərarına gəldiyini açıqladı.

Livan Səhiyyə Nazirliyi bu yaxınlarda 2 martdan bəri İsrailin ölkəyə hücumlarında 1116 nəfərin öldüyünü açıqladı.

Sosial işlər naziri Hanin Essid də İsrailin işğalı və hücumları səbəbindən Livanda zorla didərgin salınan insanların sayının 1162.000-i keçdiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!