Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Mart 2026 / 20:53

“Qalatasaray”ın qapıçısına İngiltərədən ciddi maraq var

“Qalatasaray”ın qapıçısı Uğurcan Çakırın Çempionlar Liqasında göstərdiyi performans bir çox klubun diqqətini çəkib.

Tezadlar.az xəbər verir ki, onunla “Tottenhem”, “Aston Villa” və “Nyukasl” yaxından maraqlanır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bu klublar Uğurcan üçün 30 milyon avro ödəməyə hazırdır.

29 yaşlı qolkiper ötən ilin yayında “Qalatasaray”a qoşulub. O, cari mövsüm Çempionlar Liqasında ən çox penalti qaytarmağı bacaran qapıçıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!