Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ dövlət katibi Marko Rubio həmkarlarına İrana qarşı hücumların daha 2-4 həftə davam edəcəyini deyib.
Tezadlar.az xəbər verir ki, məsələyə yaxın mənbələrə istinadən “Axios”-un məlumatına görə, Rubio bu gün keçirilən G7 Xarici İşlər Nazirlərinin Görüşündə İrana qarşı hücumların daha 2-4 həftə davam edəcəyini bildirib.
Görüşdə Rubio həmçinin ABŞ-ın İranla ciddi danışıqlara başlamağa yaxın olduğunu, bölgəyə çox sayda yeni ABŞ əsgərinin yerləşdirildiyini və Tramp administrasiyasının gərginliyi artıra biləcək variantları nəzərdən keçirdiyini qeyd edib.
Görüşdə Rubio ABŞ-ın İrana qarşı bütün məqsədlərinə çatmaqda qərarlı olduğunu vurğulayıb və ABŞ-ın hələ də vasitəçilər vasitəsilə İranla əlaqə saxladığını bildirib.
Rubio iddia edib ki, Tehranda kimin qərar verdiyi ilə bağlı hələ də qeyri-müəyyənlik var və ABŞ ilə danışıqlar aparmaq istəyən İran rəsmiləri sui-qəsd qorxusundan telefonlarına cavab verməkdən yayınırlar.
ABŞ dövlət katibi Rubio Parisdə jurnalistlərə açıqlamasında İrana qarşı hücumların aylar deyil, həftələr davam edəcəyini gözlədiklərini də bildirib.
E.ŞİRİNOV