Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Mart 2026 / 22:16

ABŞ-da bombardmançı təyyarələrin yerləşdiyi baza üzərində icazəsiz uçan dronlar araşdırılır

ABŞ-dakı federal və yerli hüquq-mühafizə orqanları nüvə silahı daşıya bilən B-52 bombardmançı təyyarələrinin yerləşdiyi Barksdeyl Hərbi Hava Qüvvələri Bazası üzərində aşkar edilmiş çoxsaylı dronları araşdırır.

Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, anonimlik şərti ilə AA-ya danışan bir məmur bildirib ki, “9 mart həftəsi ərzində Barksdeyl Hərbi Hava Qüvvələri Bazası hava məkanında çoxsaylı icazəsiz dronların işlədiyini aşkar edib”.

Məmur hərbi baza üzərində dronların uçmasının təkcə təhlükəsizlik məsələsi deyil, həm də federal qanunvericiliyə əsasən cinayət olduğunu vurğulayaraq əlavə edib: “Bu pozuntuları araşdırmaq üçün yerli və federal hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik”.

Luizianadakı Barksdeyl Hərbi Hava Qüvvələri Bazasının rəsmiləri əvvəllər nüvə silahı daşıya bilən B-52 bombardmançı təyyarələrinin yerləşdiyi baza üzərində çoxsaylı icazəsiz dronların aşkarlandığını təsdiqləmişdilər.

Təxminən 15.000 nəfərin yaşadığı və 22.000 akr ərazini əhatə edən Barksdeyl Bazası ABŞ-ın Luiziana ştatının Şrivport şəhəri yaxınlığında yerləşir.

E.ŞİRİNOV   

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!