Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Mart 2026 / 10:38

Müctəba Xamenei bu səbəbdən ictimaiyyət qarşısına çıxmır

İranın Ali Lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır, lakin vəzifələrini yerinə yetirməyə davam edir.

Tezadlar.az xəbər verir ki, CNN-in məlumatşna görə, bunu Tehranın BMT-dəki Daimi Nümayəndəsi Əli Bəhreyni bildirib.

“Onun ictimaiyyət qarşısına çıxmamasının səbəbi mövcud müstəsna hallar nəzərə alınmaqla təhlükəsizlik mülahizələri ilə bağlıdır”, -Bəhreyni deyib.

ABŞ prezidenti Donald Tramp üçün xüsusi kəşfiyyat brifinqləri zamanı İran liderinin yoxluğunun “sirri” bir neçə dəfə qaldırılıb. Adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, Ağ Evin milli təhlükəsizlik qrupu Tehranda kimin həqiqətən nəzarətdə olduğunu müəyyən etməyə çalışır.

19 martda ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbard Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin dinləməsində Müctəba Xameneinin İsrail hava hücumunda ağır yaralandığını bildirib.

Mediada həmçinin İslam Respublikasının Ali Liderinin aldığı xəsarətlərdən sonra müalicə üçün Rusiyaya aparıldığı barədə şayiələr yayılıb. İranın Rusiyadakı səfiri Kazem Cəlali bu məlumatı təkzib edib.

E.ŞİRİNOV 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!