Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan millisinin aparıcı müdafiəçisi Bəhlul Mustafazadə karyerası ilə bağlı yeni addım atıb. Təcrübəli müdafiəçi rəsmən “Football Life Management” (FLM Agency) ilə əməkdaşlığa başlayıb.
Agentlik sosial media hesabları vasitəsilə futbolçuya “xoş gəldin” deyərək bu əməkdaşlığı rəsmən elan edib. Qeyd edək ki, “FLM Agency” bir çox tanınmış futbolçunun transfer və karyera planlaması ilə məşğul olur. Bu addım Bəhlulun gələcəkdə legioner həyatı yaşamaq ehtimalını yenidən gündəmə gətirib.
Səbinə Bağırova
