Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın qisas əməliyyatında hədəf alınan İsrailin cənubundakı Beerşeba şəhərindəki sənaye zonasında baş verən yanğından sonra qatı qara tüstü qalxıb.
Tezadlar.az xəbər verir ki, İsrail mediası İranın qisas əməliyyatından sonra İsrailin cənub və mərkəzi bölgələrində siren səslərinin eşidildiyini bildirib.
İsrailin Kanal 12 televiziyası İranın qisas əməliyyatı nəticəsində İsrailin cənubundakı Beerşeba yaxınlığındakı sənaye zonasında yanğın baş verdiyini bildirib.
Sosial mediada paylaşılan görüntülərdə Neot Hovav sənaye zonasında böyük bir yanğın baş verdiyi və ərazidən tüstü qalxdığı görünür.
İran raketlərinin əraziyə birbaşa dəyib-düşmədiyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
İsrailin təcili yardım xidməti Magen David Adom (Davidin Qırmızı Ulduzu) tərəfindən verilən açıqlamada ilkin məlumatlara görə, İranın qisas əməliyyatında ölən və ya yaralanan olmadığı bildirilib.
E.ŞİRİNOV