29 Mart 2026 / 19:11

Həmyerlimiz Tofiq Musayev UFC-də tarixi qələbə qazanıb- VİDEO

Əslən Gürcüstanın İncəoğlu kəndindən olan azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti döyüşünü keçirib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi 36 yaşlı idmançı ABŞ-ın Sietl şəhərində keçirilən turnirdə çilili İqnasio Bahamondeslə qarşılaşıb. İdmançılar üç raund ərzində qalibi müəyyənləşdirə bilməyiblər. Yekunda hakimlər yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu, Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.

Qeyd edək ki, idmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) məğlub olub.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!