Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub sahillərində 5 Hermes tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Tasnim” Xəbər Agentliyi İnqilab Keşikçilərinin yazılı açıqlamasını yayımlayıb.
“Dünən ölkənin cənub sahillərində beş düşmən Hermes tipli PUA vuruldu” ifadəsinin yer aldığı açıqlamada qeyd olunur ki, 28 fevralda ABŞ-İsrail hücumları başlayandan bəri təxminən 140 PUA zərərsizləşdirilib.
Hermes tipli PUA-lar
İsraildə yerləşən Elbit Systems tərəfindən istehsal olunan Hermes seriyalı PUA-lar taktiki səviyyədən strateji səviyyələrə qədər müxtəlif missiyalar üçün nəzərdə tutulub.
Hermes tipli PUA-lara 45, 90, 450, 900 və 900 Starliner kimi modellər daxildir.
E.ŞİRİNOV