Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Azərbaycan milli komandası beynəlxalq futbol arenasında mühüm uğura imza atıb. Yığmamız Bakıda təşkil olunan “FIFA Series-2026” beynəlxalq turnirinin yekununda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Qarabağ” FK-dan təbrik mesajı
Ölkənin aparıcı klublarından olan “Qarabağ” FK da millimizin bu uğuruna biganə qalmayıb. Klubun rəsmi sosial media hesablarında paylaşılan təbrik mesajında deyilir:
“Milli komandamız ‘FIFA Series-2026’ beynəlxalq turnirinin qalibi olaraq kuboku başı üzərinə qaldırdı! “Qarabağ” FK olaraq milli komandanı ürəkdən təbrik edir, yeni zəfərlər arzulayırıq!”
Səbinə Bağırova
