Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyədə Bursa Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində, Bursa Vilayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən Bursa Böyükşəhər Bələdiyyəsində əməliyyat keçrilib. Əməliyyatın gedişində Böyükşəhər bələdiyyəsinin sədri Mustafa Bozbey saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb.
Ümumilikdə 59 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 55-nin saxlanıldığı, 4 nəfər barəsində isə axtarış elan olunduğu bildirilib.
Saxlanılanlar arasında Bozbeyin həyat yoldaşı, qızı və gəlininin də olduğu bildirilir.
“4 şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Respublika Baş Prokurorluğumuz tərəfindən istintaqın hərtərəfli və diqqətlə aparıldığı, istintaqın gedişi və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi hörmətlə bildirilir”,- deyə Bursa Respublika Baş Prokurorluğundan verilən açıqlamada qeyd olunub.
trend