Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran dünəndən bəri İsfahan əyalətinin səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən üç ABŞ MQ-9 və bir İsrail Orbiter tipli silahlı pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Tezadlar.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun yazılı açıqlamasında dünən İsfahan üzərində inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsi tərəfindən iki ABŞ MQ-9 PUA-sının vurulduğu bildirilib.
İran ordusu həmçinin yazılı açıqlamada bu səhər İsfahan üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən başqa bir MQ-9 PUA-sının vurulduğunu açıqlayıb.
Dünən Əlborz əyalətində İsrail Orbiter PUA-sının vurulduğu da açıqlanıb.
İran Silahlı Qüvvələri PUA-ların vurulduğu anın radar görüntülərini yayımlayıb.
Hərbi açıqlamaya görə, bu son müdaxilə İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri tərəfindən ölkə daxilində vurulan ABŞ-İsrail pilotsuz təyyarələrinin ümumi sayını 146-ya çatdırır.
E.ŞİRİNOV