Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qəzza zolağındakı xəstəxanalarda istifadə olunan elektrik generatorlarının işlək vəziyyətdə saxlanılması üçün texniki səylərin artıq kifayət etməyə biləcəyi bildirilib.
Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında generatorların rekord işləmə səviyyəsinə çatdığı və xəstəxanaların həyati əhəmiyyətli hissələrini elektrik enerjisi ilə təmin etmək üçün təcili təmir işlərinin aparılmasının vacib olduğu bildirilib.
Bəyanatda Qəzza xəstəxanalarındakı generatorların tutumlarından çox yüksək işləmə səviyyəsinə çatdığı və yağ və ehtiyat hissələrinin çatışmazlığının kritik ərazilərə elektrik enerjisi təchizatını təhlükə altına ala biləcəyi qeyd edilib. Xəbərdarlıqda texniki işlərin davam etdirilməsinin qeyri-kafi olduğu və generatorların işləmə proseslərinin kritik mərhələyə çatdığı bildirilib.
Səhiyyə Nazirliyi müvafiq tərəfləri generatorların işləməsi üçün lazımi yağ və ehtiyat hissələri təmin etməyə çağırıb.
Əvvəlki açıqlamada Səhiyyə Nazirliyi xəstəxanalardakı generator çatışmazlığını həll edə bilməməsi səbəbindən xidmətlərin dayandırılmaq üzrə olduğunu və bu da səhiyyə sektorundakı onsuz da ağır vəziyyəti daha da çətinləşdirdiyini açıqlayıb.
E.ŞİRİNOV