Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 14:40

Çin ABŞ və İsraildən İranın tarixi abidələrinin dağıdılmasını dayandırmağı tələb edib

Çin XİN İranın tarixi abidələrinə düzəlməz ziyan vuran hərbi əməliyyatların dərhal dayandırılmasını istəyir.

Tezadlar.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu gün keçirilən brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ və İsraildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İranın tarixi abidələrinin dağıdılmasını dayandırmağı tələb edib:

“Biz təkid edirik ki, müharibə edən tərəflər, xüsusən də ABŞ və İsrail, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş yerlər də daxil olmaqla, İranın tarixi abidələrinə düzəlməz ziyan vuran hərbi əməliyyatları dərhal və tamamilə dayandırsınlar.”

Mao Ninq vurğulayıb ki, Çin bu münaqişə zamanı tarixi yerlərin dağıdılmasından “dərin kədərlənir”.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, danışıqlar masasına mümkün qədər tez qayıtmaq və bu müharibəyə mümkün qədər tez son qoymaq vacibdir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!