31 Mart 2026 / 23:51

Raket hücumu: yaşayış evləri dağıldı

ABŞ və İsrail ordusunun İranın Kirmanşah vilayətində yaşayış məntəqəsinə raket hücumu nəticəsində 3 nəfər ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

“Kirmanşahın Şəriəti məhəlləsindəki yaşayış ərazisinə edilən raket hücumunda 3 nəfər həlak olub”,- məlumatda bildirilib və əlavə edilib ki, dağıntılar altından iki nəfər sağ çıxarılıb.

Qeyd olunub ki, 9 fərdi yaşayış evi dağılıb, 30-a yaxın mənzil zədələnib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!