1 Aprel 2026 / 06:41

İraqın Ərbil şəhərində ardıcıl partlayışlar eşidilib

İraqın Ərbil şəhərinə 10 kamikaze dronla həyata keçirilən hücumda dronlardan biri evə dəyib.

Tezadlar.az xəbər verir ki, yerli mənbələrə görə, Ərbilə dəfələrlə kamikaze dronları ilə hücum edilib.

Hücumdan sonra hava hücumundan müdafiə sistemləri işə salınıb. Dronların əksəriyyəti zərərsizləşdirilsə də, biri evin damına düşüb və yanğına səbəb olub.

Sosial mediada yayılan görüntülərdə dronun iki mərtəbəli evin damına dəydiyi və birinci mərtəbəyə endiyi görünür.

İraq Kürdüstan Regional Hökumətinin rəsmilərinin verdiyi açıqlamalara görə, ABŞ, İsrail və İran arasında müharibənin başlanğıcından bəri Ərbil, Süleymaniyyə, Duhok və Hələbcə şəhərlərinə 500-dən çox raket və dron hücumu həyata keçirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!