1 Aprel 2026 / 09:18

Dünya Çempionatına vəsiqə qazanan ilk dörd komandanın adı açıqlandı

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçirilib.

Tezadlar.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq 4 milli komanda məlum olub.

Oyunların hamısı Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Türkiyə millisi səfərdə Kosovo yığmasına minimal hesabla qalib gələrək 24 il sonra dünya çempionatında iştirak etmək hüququ qazanıb – 1:0.

Qeyd edək ki, dünya çempionatının final mrəhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

DÇ-2026, pley-off mərhələsinin final oyunları

31 mart

Bosniya və Herseqovina – İtaliya 1:1 (Pen. 4:1)

Kosovo – Türkiyə 0:1

Çexiya – Danimarka 2:2 ( Pen. 3:1)

İsveç – Polşa 3:2

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!