1 Aprel 2026 / 11:13

Həmyerlimiz Firuddin Tanrıverdiyev Çində beynəlxalq turnirdə Gürcüstanı təmsil edəcək!

Həmyerlimiz, Marneulidən olan 20 yaşlı idmançı Firuddin Tanrıverdiyev Çinin Tanşan şəhərində keçiriləcək “WLF” Beynəlxalq kikboksinq Çempionatında iştirak edəcək. Tezadlar.az xəbər verir ki, gənc kikboksinq döyüşçüsü Çin səfəri çərçivəsində üç ay ərzində bir sıra böyük turnirlərdə çıxış edərək Gürcüstanı təmsil edəcək. Qeyd edək ki, Firuddin Tanrıverdiyev peşəkar karyerası ərzində keçirdiyi səkkiz döyüşdən altısında qalib gəlib. Bildirilir ki, idmançı Çin mərhələsindən sonra Taylanda yollanaraq orada keçiriləcək iri turnirlərdə də iştirak edəcək.

Eltun Qocayevin yetirməsi olan Firuddin Tanrıverdiyev indiyədək bir sıra ölkədaxili və beynəlxalq yarışlarda iştirak edərək mühüm uğurlar əldə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!