1 Aprel 2026 / 12:41

İtaliya futbol tarixinin ən aşağı göstəricilərinə malik heyəti

DÇ-2026-ya vəsiqə qazana bilməyən İtaliya millisi antirekorda imza atıb.

Tezadlar.az xəbər verir ki, dördqat dünya çempionu tarixində ilk dəfə ardıcıl 3 mundialdan kənarda qalıb.

Cennaro Qattuzonun komandası pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya uduzub – 1:1 (penaltilər – 1:4).

Qeyd edək ki, İtaliya millisi sonuncu dəfə 2014-cü ildə dünya çempionatında iştirak edib və qrupdan çıxa bilməyib. “Göy-mavilər” son 3 mundialın seçmə mərhələsində isə uğurlu çıxış edə bilməyərək final mərhələsindən kənarda qalıb.

Xatırladaq ki, “Squadra Azzurra” 1934, 1938, 1982 və 2006-cı illərdə keçirilən dünya çempionatının qalibidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!