Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi ABŞ prezidenti Donald Trampın “İranda rejim dəyişib” iddiasını lağa qoyaraq, dəyişənin Hörmüz boğazındakı vəziyyət olduğunu və boğazın ABŞ üçün açılmayacağını bildirib.
Tezadlar.az xəbər verir ki, sosial media hesabında paylaşdığı mesajda Əzizi prezident Trampın “İrandakı rejimi dəyişdirdik” ifadəsinə şərh verib.
Əzizinin mesajında bu ifadələr yer alıb: “Tramp nəhayət ki, “rejim dəyişikliyi” arzusuna çatdı, amma bu dəfə regionun dəniz rejimində. Hörmüz boğazı mütləq açılacaq, amma sizin üçün deyil, İranın yeni qanunlarına əməl edənlər üçün. 47 illik qonaqpərvərlik bitdi.”
ABŞ prezidenti Tramp dünən bildirib ki, “Biz artıq İranda rejim dəyişikliyinə nail olmuşuq. Bir rejimi devirdik, sonra ikinci rejimi devirdik. İndi isə çox fərqli bir qrup insan var. Düşünürəm ki, onlar daha ağlabatan, daha az radikaldırlar.”
İran ABŞ və İsrailin birgə hücumlarına qarşı cavab tədbirlərini davam etdirərkən, İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazını ABŞ, İsrail və onların müttəfiqləri ilə əlaqəli gəmilər üçün bağlayıb. İran donanması boğazdan keçməyə çalışan bəzi gəmiləri raketlər və silahlı dronlarla vurub.
E.ŞİRİNOV