İranda dağıntılar və İnsan İtkiləri: “90 mindən çox yaşayış evi məhv edilib…”
Tezadlar.az xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyətinin 10 saylı rəsmi bəyanatına əsasən: Düşmən hücumları nəticəsində İranın mülki infrastrukturuna ağır zərbə dəyib: indiyədək 113.570 qeyri-hərbi obyekt, o cümlədən 90.063 yaşayış evi və 22.422 ticarət mərkəzi zərər görüb ki, bunlardan da 44.391-i paytaxt Tehranın payına düşür. Müharibənin başlanğıcından bəri 307 səhiyyə və təcili yardım mərkəzi ciddi dağıntılara məruz qalıb, ölkə üzrə 760 məktəb birbaşa və ya dolayısı ilə hədəfə alınıb ki, bu da 234 şagirdin şəhid olması ilə nəticələnib; eyni zamanda, əhalinin psixoloji vəziyyətini sabitləşdirmək üçün 130 min nəfər Qızıl Aypara Cəmiyyətinin “4030” qaynar xətti vasitəsilə dəstək və məsləhət xidmətlərindən yararlanıb.
Əraqçinin Səudiyyə Ərəbistanına mesajı…
Xarici İşlər Naziri Abbas Əraqçi bəyan edib: “İran İslam Respublikası Səudiyyə Ərəbistanına hörmətlə yanaşır və onu qardaş ölkə hesab edir. Bizim hərbi əməliyyatlarımız nə ərəblərə, nə də iranlılara dəyər verməyən təcavüzkar düşmənə qarşı yönəlib. Onların hava hücumundan müdafiə sistemlərinə vurduğumuz sarsıdıcı zərbələr gücümüzün bariz göstəricisidir. Artıq ABŞ qüvvələrinin regionu tərk etmə vaxtı çatıb.”
RÖVŞANƏ
Xəbər maraqlı gəldi?
Sosial şəbəkələrdə paylaşın