1 Aprel 2026 / 21:27

1,4 milyard avro Ukraynaya: Aİ-dən qərar

Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan 1,4 milyard avro məbləğində faiz gəlirini Ukraynaya verəcək.

Tezadlar.az-ın Avropa bürosunun Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, bu vəsait 2025-ci ilin ikinci yarısında toplanıb.

Aktivlər Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq Aİ-nin tətbiq etdiyi sanksiyalar çərçivəsində dondurulmuş olaraq qalır, lakin faizlər Rusiya tərəfinə məxsus deyil və Kiyevin dəstəklənməsi üçün istifadə oluna bilər.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!