2 Aprel 2026 / 06:51

Əli Xameneinin baş müşaviri ağır yaralanıb, həyat yoldaşı isə…

İranın Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xərrazinin ABŞ və İsrail hücumlarında ağır yaralandığı bildirilib.

Tezadlar.az xəbər verir ki, İran mediasının məlumatına görə, ABŞ və İsrail Xərrazinin Tehrandakı iqamətgahına hücum ediblər.

Xərrazinin ağır yaralandığı və müalicə üçün xəstəxanaya aparıldığı, həyat yoldaşının isə öldüyü bildirilib.

Xərrazi İranın əvvəlki lideri Əli Xameneinin baş müşaviri vəzifəsində çalışıb.

Hazırkı lider Müctəba Xamenei Əli Xameneinin prezidentliyi dövründə vəzifəsində çalışan bütün vəzifəli şəxslərdən vəzifələrində qalmalarını xahiş etmişdi.

Xərrazi həmçinin xarici işlər naziri vəzifəsində də çalışıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!