2 Aprel 2026 / 08:37

Hörmüz boğazındakı bəzi körpülər ABŞ-İsrail tərəfindən hədəfə alınıb

ABŞ və İsrailin İrana hücumlarında Hörmüz boğazındakı bəzi körpülərin hədəfə alındığı bildirilib.

Tezadlar.az bildirir ki, “Tasnim” Xəbər Agentliyinin məlumatına görə, Hörmüzqan qubernatorunun müavini Əhməd Nəfisi məsələ ilə bağlı məlumat verib.

“ABŞ və İsrail döyüş təyyarələri Qeşm adasındakı Doha balıqçılıq körpüsünü və Bəndər Çərəkdəki balıqçılıq və ticarət körpüsünü hədəfə alıb”, – Nəfisi bildirib.

İran rəsmisi ilkin məlumatlara görə, Qeşm adasında 2, Bəndər Çərəkdə isə 3 nəfərin yaralandığını bildirib və əlavə edib ki, ABŞ və İsrail hava qüvvələri Qeşm adası və Bəndər Çərəkdəki körpülərə hücum edib və hadisə yerinə göndərilən axtarış-xilasetmə qrupları işlərini davam etdirir.

Hörmüzqan qubernatorunun müavini Nəfisi 31 martda verdiyi açıqlamada Qeşm adasındakı Bəhmən körpüsünə zərbə endirildiyini və müharibənin ilk günlərində Qeşm duz emalı zavoduna hücum edildiyini xatırladıb.

İran rəsmisi dünən həmçinin Bəndər Abbasdakı Şəhid Haqqani limanına hücum edildiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!