Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ən böyük problem uşaq və gənclər futbolu ilə bağlıdır”.
Tezadlar.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev kamera və analiz platforması “Eyeball” şirkəti ilə müqavilənin imzalanma mərasimində bildirib.
Qurum rəsmisi bu əməkdaşlığın Azərbaycan futbolu üçün çox faydalı olacağını deyib:
“Ən böyük problemimiz uşaq və gənclər futbolu ilə bağlıdır. Artıq texnologiyalar futbola da şamil edilir. Uşaq və gənclər futbolunda kamera və analiz tətbiq olunacaq. Yarışda stadionlara kamera quraşdırılacaq və analizlər aparılacaq. Turdan-tura baza yaranacaq. Bu da hər oyunçunun performansını ortaya qoyacaq. Problemli mövzulardan biri odur ki, bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır. Bu datalar həqiqətən milliyə necə futbolçuların cəlb olunduğunu göstərəcək. Bu data bazası həm də Avropa və dünya skautlarına çıxış olacaq. Skautlar futbolçuları nəzarətdə saxlaya biləcək və vaxtı gələndə öz komandalarına cəlb edə biləcəklər. Bu, futbolumuzun inkişafı üçün bir təkan olacaq”.