Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Filippin gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı İrandan zəmanət aldığını bildirib.
Tezadlar.az xəbər verir ki, Filippin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Filippinin xarici işlər naziri Maria Theresa Lazaro və İranın xarici işlər naziri Abbas Əraqçi telefonla danışıblar.
Zəng zamanı Əraqçi İranın Filippin bayrağı altında üzən gəmilərin və Filippin dənizçilərinin Hörmüz boğazından maneəsiz, təhlükəsiz və sürətli keçidinə zəmanət verəcəyini bildirib.
Lazaro həmçinin bu inkişafın Filippin dənizçilərinin təhlükəsizliyinin təmin edilməsi və Filippinin enerji təhlükəsizliyinə töhfə vermək üçün vacib olduğunu bildirib.
Hər iki tərəf ikitərəfli münasibətlərin qorunmasına və diplomatiya yolu ilə davamlı sülhə nail olmağa sadiq olduqlarını bir daha təsdiqləyib.
Yaxın Şərqdə istehsal olunan neft və mayeləşdirilmiş təbii qazın (LNG) Ərəbistan dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına daşınmasını asanlaşdıran Hörmüz boğazı, ABŞ, İsrail və İran arasındakı müharibə səbəbindən faktiki olaraq bağlandı və bu da enerji bazarlarında böhrana səbəb olub.
Filippinlər 28 fevralda ABŞ-İsrail arasında ilk hücumlardan sonra “milli enerji fövqəladə vəziyyəti” elan edən ilk ölkə olub.
E.ŞİRİNOV