Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin Livanın cənubuna endirdiyi son hava hücumunda altı nəfər həlak olub.
İsrail ordusunun 2 martda başlayan Livana hücumları davam edir.
Tezadlar.az xəbər verir ki, Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail təyyarələri səhər tezdən Livanın cənubundakı Dibbin, Kafr Sir, Haruf, Zibdin, Yatir və Burj Rahhal şəhərlərini hədəfə alıb.
İsrail döyüş təyyarələri Nəbatiyyə əyalətinin Zibdin şəhərində dördmərtəbəli binanı hədəfə alaraq dağıdıb.
Hücumda Zibdin Bələdiyyə Şurasının üzvü Bilal Cavad, qardaşı Mehdi Cavad və anaları Hala Kubeysi həlak olublar.
Kəfra şəhərində İsrailin Əbdürrauf Sibeyti Kompleksini hədəf alan hücumunda üçü ağır olmaqla altı nəfər yaralanıb.
Kəfr Sirdə ikimərtəbəli binaya edilən hücumda üç nəfər həlak olub.
İsrail ordusu həmçinin Hiyam, Sadiqeyn və Zibkin sərhəd şəhərlərinə artilleriya hücumları həyata keçirib.
Bu arada, gecə ərzində İsrail ordusu Nakura, Bayyada, Dibil və cənubdakı bəzi sərhəd kəndlərində partlayıcı maddələrlə dolu bir çox evi dağıdıb, kənd təsərrüfatı torpaqlarında yanğınlar başladıb və yolları dağıdıb.
E.ŞİRİNOV