2 Aprel 2026 / 20:29

ABŞ planına Avropadan məhdudiyyətlər

Avstriya ABŞ Silahlı Qüvvələrinin İrandakı obyektlərə zərbələr endirmək məqsədilə tranzit uçuşlar üçün onun hava məkanından istifadə etməsinə icazə verməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə Avstriyanın Müdafiə Nazirliyinə istinadən ORF telekanalı məlumat yayıb.

Qərar ölkənin neytrallıq qanununa əsaslanıb.

Daha əvvəl oxşar addımları İspaniya hökuməti atıb, İtaliya isə ABŞ-nin hərbi təyyarələrinin Siciliyadakı aviabazaya eniş etməsinə icazə verməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!