DANA OĞRUSU-TANINMIŞ ALİM TARİYEL AZƏRTÜRK ABŞ-DAN YAZIR…
DANA OĞRUSU- Etrusk həyatından yeni səhifə…
Aşağıda, sağdakı şəkil soldakının təkrarıdır. Solub izi itməkdə olan originalı görüntülü etmək üçün onu ağ xəttlərlə qabartmışam.
Güzgü arxasındakı şəkildə hara gəldi səpələnmiş kəlimələr aşağıdakı kimi deşifrə edilir: UOSTE CEDCA FIRLADUN;
Sözlər hər yerdə sağdan sola oxunur, cümlə isə yuxarıdan aşağı düzənlənir. O zaman fikir aydınlığı yaranır və cümlə mənaya görə belə qəliblənir: -“U OSTE CEDCA FIRLADIN.”
Bu, 2500 il əvvəl təzə ETE ELİNDƏ, yəni İTALİYADA səslənən Oğuz Türkcəsinin Azərbaycan ləhcəsidir !
Müasir Azərbaycan türkcəsincə isə belə səslənir: -“U ASTA GECƏ FIRLADIN !”.
Lüğət
U – bizim indiki O ilə ifadə etdiyimiz işarə əvəzliyidir. “Şumer” adlandırılan Türk ulularımız da Babildə “O” əvəzinə “U” işlədiblər. Halbuki Babil türklərindən fərqli olaraq, italiyan türklərində “O” fonemi dominant səs olub. Elə bu OSTE, yəni ASTA (burada sakit) sözündəki kimi.
OSTE – asta deməkdir – burada hərəkəti ifadə edən “yavaş” (məs., “Oste yeri, kəmər düşər belindən”) deyil, “sakit, səssiz, qaranlıq, xamuş” mənalarındadır. “U OSTE – U XAMUŞ” deməkdir.
CEDCA – qəti şübhə yoxdur ki, GECƏ-dir. “U OSTE – U XAMUŞ – U SƏSSİZ GECƏ”.
C və ya sola baxan tərsinə yazılışda bu işarə, həm C, həm də G kimi oxunur. CEDCƏ… Sözün ortasındakı “D”- da təəccüb doğurmamalıdır. O da onların dilinə xas keyfiyyətdir.
FIRLADUN – fırladın – fırlatmaq, burada çıpıtmaq, əkmək, oğurlamaq mənasındadır.
Şəkildən göründüyü kimi, dana yiyəsi oğrunu sağda, başında əyri ucundan yumru qotaz asılmış şiş papağı, əlində oxsuz kaman olan gənc oğlanın köməkliyi ilə danası ilə birlkdə tutub.
Etrusk qadınlarına məxsus çox mürəkkəb formalı lifli-lifli paltar geymiş (bu cür paltarlarda adətən qadınlar təsvir olunur) və qadınlığına əmanət vermək üçün rəssam qollarını sinəsinə doğru sıxmış fiqurun sinəsində iki yumru verir. Onlar qadın döşləridir.
A əllərini yuxarı qaldırıb təəccüblü şəkildə oğurluq etdiyini danır və deyəsən hələ etruskların işlətdikləri TANRIYA və XİDOYA (Xudaya) da öz təmizliyi naminə yalandan and içir.
Sağdan oğrunun başının üstünü kəsmiş gənc oğlanın sağ əlindəki barmaqlarına fikir veriin, u əl sayır və ana sübut etməyə çalışır ki,
“bu beşinci maldı ki, tövlədən çıxarırsan”.
Başında əyriuclu şiş papaq (skif türklərinin papağına bənzəyişi var) və əlində kaman tutmuş tamamilə lüt oğlan elə lüt ağasının mal-qarasını otaran və onlara keşik çəkən naxırçı gümanını yaradır. Dana sahibi çağırışa silahla gəlib. Bir əlində itiuclu ovxarlı Etrusk xəncəri, sol əlində qəməyə oxşayan silah tutmuş cüssəli, saqqallı, qəzəbli Ağa özünü naxırçısının çağırışına yetirib. İndi o oğrunu deşməyə hazırdır. Geriyə kəskin dartılmmış saçları ilə rəssam sahibkarın hirsini inandırıcı təqdim edir.
Gözlərindəki qəzəb sanki onun düşdüyü zərərin əmsalıdır.
Bəlkə də bu, doğrudan da, sahibkarın beşinci malıdır.
Sinəsində metal (bəlkə də qızıldır) halqada bərkidilmiş və sonralar, Roma imperatorlarının da, Senatda bütün senatorların da gəzdirdiyi məşhur və bahalı al qırmızı “Etrusk plaşı” (Senatda da bu adda gedirmiş) onun enli kürəklərini örtərək, aşağıda, bədənin hərəktləri fonunda dalğalanmada.
Bahalı qılınc tutmuş sağ əlinin şah barmağında deyəsən bahalı üzük də parıldamada. Bütün bunlar, rəsmdə, adi adam deyil, mal-qara və mal-dövlət sahibi olmuş Etrusk zadəganı təsvir edildiyindən xəbər verir.
Oğrunun ayaqları altında anun (oğru qadının) aparmaq istədiyi dana yazıq-yazıq, yorğun-yorğun uzanıb. Sahibinin son qərarın gözləyərək yəqin ki, iri ürəyində ona şükranlarını bildirir.
***
Göründüyü kimi, tarixin bütün dövrlərində dana oğruları olub.
________________________________
Şəkil 1. Dana oğrusu, görünür, sağdakı naxırçı və ya gözətçi şahid-xəbərçi sayəsində tutulmuşdur