Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Şərqi Sakit okeanda narkotik daşıdığını iddia etdiyi bir qayığı hədəf aldığını açıqlayıb. Hücumda bir nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, ABŞ Cənub Komandanlığı (SOUTHCOM) tərəfindən sosial media platformasında paylaşılan şəkillərdə narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi iddia edilən qayığa hücum anları göstərilir.
Yazıda bildirilir ki, SOUTHCOM komandanı Francis L. Donovanın əmri ilə “terror təşkilatları tərəfindən idarə olunduğu” təsvir edilən qayığa qarşı əməliyyat keçirilib.
İddia ediliri ki, kəşfiyyat məlumatları qayığın narkotik qaçaqmalçılığı fəaliyyətlərində istifadə edildiyini təsdiqləyir.
Hücumda bir nəfərin öldüyü bildirilir. Sağ qalan iki nəfər üçün axtarış başlanıb.
ABŞ ordusunun bu yaxınlarda Karib dənizi və Sakit Okeanda narkotik qaçaqmalçılığı şübhəsi ilə qayıqları hədəf alması “məhkəmədənkənar qətllər” barədə beynəlxalq müzakirələrə səbəb olub.
E.ŞİRİNOV