Əsas məzmuna keç

ABŞ-dan Paşinyan hökumətinə seçkiqabağı dəstək

Ermənistanda seçki günü yaxınlaşdıqca ABŞ Paşinyan hökumətinə dəstəyini bir daha təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

Ermənistanın rəsmi xəbər agentliyi Armenpress-in məlumatına görə, Rubio Vaşinqtonun Paşinyan hökumətinə dəstəyini bir daha təsdiqləyib.

“Deməliyəm ki, həm siz, həm də baş nazir və Ermənistandakı bütün komandanız Ermənistan üçün daha parlaq və daha müstəqil bir gələcəyin yolunu açırsınız”, – Rubio Mirzoyana deyib.

ABŞ-ın bu hökumətə dəstəyini nümayiş etdirmək üçün İrəvanda olmaqdan “çox məmnun olduğunu” bildirən Rubio əlavə edib: “Birlikdə daha çox şeyə nail olmağı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…