Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“TRIPP layihəsi çərçivəsində Meğri dəmir yolunun yenidən işə salınması, eləcə də Ermənistan boyu yeni nəqliyyat və infrastruktur əlaqələrinin yaradılması planlaşdırılır”. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüş zamanı ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərindən danışarkən bildirib. Paşinyan mayın 26-da İrəvanda TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişinin paraflandığını xatırladıb.
“ABŞ dövlət katibi Marko Rubio Ermənistana gəlib və xarici işlər naziri ilə birlikdə TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişini paraflayıb. Bu, ən geci bir aydan sonra yekunlaşdırılacaq”, – Paşinyan deyib.
Onun sözlərinə görə, layihənin ən bariz komponentlərindən biri Meğri dəmir yolunun yenidən işə salınmasıdır: “Meğri dəmir yolu yenidən açılacaq və ondan həm Azərbaycan Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirmək üçün, həm də Ermənistan ölkənin şimal və cənub hissələri arasında dəmir yolu əlaqəsi yaratmaq üçün istifadə edəcək. Bu gün cənubdan şimala, yəni Syünik hissəsinə dəmir yolumuz yoxdur”.