“Facebook” çox maraqlı və faydalı bir funksiyanı istifadəyə verib. Artıq paylaşım edən şəxs öz səhifəsində əsas bölümündə paylaşdığı postun neçə nəfər tərəfindən izlənildiyini dəqiq görə bilir. Hətta arxa paneldə bununla bağlı ətraflı statistik məlumatlar da təqdim olunur.
Düşünürəm ki, “Facebook” bu addımı “TikTok”un uğur modelini ciddi şəkildə analiz etdikdən sonra atdı. Çünki “TikTok” uzun müddətdir paylaşımçılara dəqiq baxış sayını göstərməklə istifadəçilərdə motivasiya yaradırdı. İnsan paylaşımının neçə nəfərə çatdığını gördükcə daha həvəslə kontent hazırlayırdı.
“Facebook”da isə illərlə əsas göstərici yalnız “like” sayı idi. Bu da bir çox istifadəçini demotivasiya edirdi. Adam düşünürdü ki, yaxşı yazı yazıb, maraqlı fikir bölüşüb, amma cəmi 10-15 nəfər bəyənib. Halbuki həmin paylaşım minlərlə insanın qarşısına çıxmış ola bilərdi.
İndi isə artıq görünür ki, bəzi postlar az bəyənmə toplasa da, on minlərlə insana göstərilir. Bu da sosial şəbəkələrdə real təsirin təkcə “like” ilə ölçülmədiyini bir daha ortaya qoyur.
Məhəmmədəli Qəribli