Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İranın cənubuna endirilən aviazərbələr nəticəsində Buşer vilayətində İranın Qızıl Aypara cəmiyyətinə məxsus humanitar yardımla dolu konteynerləri məhv olub.
Tezadlar.az xəbər verir ki, bu barədə cəmiyyətin rəsmi “X” səhifəsindəki bəyanatda bildirilib.
“Hücum cümə günü yerli vaxtla təxminən 05:00 radələrində (Bakı vaxtı ilə 05:30) Buşer vilayətinin Çoqhadak rayonunda baş verib. Nəticədə humanitar yardımın daşınması üçün istifadə olunan iki səyyar konteyner, eləcə də avtobus və xilasedici nəqliyyat vasitəsi məhv olub”,- deyə bəyanatda vurğulanıb.