Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Aprel 2026 / 12:50

İran ABŞ və İsrailə yardım edən ölkələrin gəmilərini vuracaq – ŞİRKƏTLƏRİN SİYAHISI HAZIRDI

ABŞ və İsrailin maraqları ilə əlaqəli olan gəmilər İranın hərbi hədəflərinə çevrilə bilər.

Xarici KİV-in məlumatına görə, İranın Qahirədəki səfirliyinin rəhbəri Müctəba Firdovsipur bildirib ki, İslam Respublikasında ABŞ və İsraillə əlaqəli xarici gəmilərin siyahısı var.

“ABŞ və İsrailə kömək edən şirkətlərə məxsus gəmilər haqqında məlumatımız var. Kəşfiyyat nazirliyi bu məlumatı Milli Təhlükəsizlik Şurasına ötürür. Şura onu təsdiqləyir və İran silahlı qüvvələrinə ötürür, daha sonra isə onları hədəf siyahısına əlavə edir”, – deyə Firdovsipur bəyan edib

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!